•Komandamızın genişlənməsi ilə əlaqədar olaraq Senior Mühasib vəzifəsi üzrə işə qəbul elan edirik! Əgər siz mühasibatlıq sahəsində bilik və təcrübənizi inkişaf etdirmək, sabit və peşəkar iş mühitində çalışmaq, məsuliyyətli və dinamik komandanın bir parçası olmaq istəyirsinizsə, QALAN sizin üçün doğru fürsət ola bilər. QALAN — Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Rusiyada və ərəb ölkələrində tanınan müasir onlayn təhsil platformasıdır. Riyaziyyat sahəsində təhsil verərək 60,000-dən çox şagirdə xidmət göstərmişik. Missiyamız — şagirdlərə daim inkişaf edən təhsil imkanları təqdim edərək onların uğuruna dəstək olmaqdır. Biz böyüyən komandamızda maliyyə və mühasibat proseslərinin düzgün, şəffaf və sistemli şəkildə aparılmasına nəzarət edəcək təcrübəli və məsuliyyətli Senior Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri
•Debitor və kreditor hesablaşmalarına nəzarət etmək
•Elektron qaimə-faktura, vergi portalı, elektron hökumət və digər rəsmi portallarla işləmək
•1C Mühasibatlıq proqramında uçotun düzgün və fasiləsiz aparılmasını təmin etmək
•Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən edilmiş müddətlərdə arxivləşdirilməsini təşkil etmək
•Statistika hesabatlarını hazırlamaq və müvafiq qurumlara vaxtında təqdim etmək
•Bank hesabları üzrə ödənişləri həyata keçirmək
•Elektron vergi hesab-faktura, qaimə-faktura və hesab-fakturaların işlənməsini təmin etmək